- 23 noy 2024 15:38
- Vəkillik
Azərbaycan Respublikası Vəkillər Kollegiyası (ARVK) və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin birgə Tədbirlər Planına uyğun olaraq ədliyyə işçilərinin peşə bayramı günü münasibətilə 4 saylı cəzaçəkmə müəssisəsində ARVK-nın qadınlardan ibrət futbol komandası ilə qadın məhkumlardan ibarət komanda arasında mini-futbol üzrə oyun keçirilib.
Vəkillər Kollegiyasından e-huquq.az-a verilən məlumata görə, yarışın təşkil olunmasında məqsəd ölkədə mini-futbolun inkişafına dəstək göstərmək, hüquq ictimaiyyətinin bu idman növünə olan bacarıqlarını nümayiş etdirməsinə şərait yaradaraq qiymətləndirilməsindən ibarətdir.
Gərgin mübarizə şəraitində baş tutan görüşdə qadın vəkillər rəqibini 4:0 hesabı ilə məğlub edib.
Xatırladaq ki, Tədbirlər Planına uyğun olaraq daha əvvəl hər iki qurum əməkdaşları arasında şahmat üzrə dostluq matçı təşkil edilib, eyni zamanda, penitensiar müəssisələrdə pulsuz hüquqi yardım aksiyalar keçirilir.