- 17:50 | 21.11.2024
- Vəkillik
Azərbaycan Vəkillər Kollegiyası iqlim məsələləri üzrə Komitənin yaradılması üzərində işləyir.
E-huquq.az xəbər verir ki, bunu Azərbaycan Vəkillər Kollegiyasının beynəlxalq əməkdaşlıq şöbəsinin rəhbəri Gözəl Hüseynzadə "Milli çərçivədən kənar: hüquqi yanaşmalar vasitəsilə ambisiyaları artıran hüquqşünaslar və hüquq assosiasiyaları" mövzusunda keçirilən panel müzakirəsində bildirib.
"Azərbaycan Vəkillər Kollegiyası iqlim məsələləri üzrə Komitənin yaradılması üzərində işləyir. Bu komitə iqlimlə bağlı hüquqi məsələlərin həlli üçün xüsusi platforma kimi fəaliyyət göstərəcək. Bundan əlavə, kollegiya hazırda davamlı ekoloji və iqlim hüququ üzrə geniş tədris proqramı hazırlayır. Bu proqram hüquqşünasların ekoloji problemlərin müxtəlif fəaliyyət sahələri ilə əlaqəsinə dair məlumatlılığını artırmağa yönəlib. Ekoloji məlumatlılığa sadiqliyini təsdiq edərək, kollegiya öz ofislərində resursların məsuliyyətli idarə olunması üçün praktik tədbirlər həyata keçirib", - deyə o bildirib.