Harris Trampı prezident seçkilərində qələbə münasibətilə təbrik etdi

Demokrat Partiyasından ABŞ prezidentliyinə namizəd Kamala Harris rəqibi respublikaçı Donald Trampa zəng edərək onu prezident seçkilərində qələbə münasibətilə təbrik edib.

E-huquq.az “Report”a istinadən xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti ABŞ-nin hazırkı vitse-prezidentinin köməkçisinə istinadən bildirib.

Nəşrin müsahibinin sözlərinə görə, Harris həmçinin Trampla “hakimiyyətin dinc yolla təhvil verilməsinin vacibliyini” müzakirə edib.

Yerli vaxtla saat 16:00-da (Bakı vaxtı ilə 01:00) demokrat, prezident seçkilərində məğlubiyyətini etiraf edəcəyi ilə bağlı çıxış edəcək.