- 22:05 | 01.11.2024
- Dünya
İranın ali dini lideri Ayətullah Əli Xamneyi oktyabrın 28-də Ali Milli Təhlükəsizlik Şurasına İsrailə qarşı cavab planı hazırlamağı tapşırıb.
E-huquq.az xəbər verir ki, bu haqda “The New York Times“ (NYT) nəşri İran rəsmiləri arasındakı mənbələrə istinadən məlumat yayıb.
Əldə edilən məlumata görə, İran hərbi komandanlığı mümkün zərbə üçün İsrail ərazisində əsas hərbi obyektlərin siyahısını müəyyənləşdirir.
Nəşrin mənbələrinin bildirdiyinə görə, əməliyyatın noyabrın 5-də ABŞ-da keçiriləcək prezident seçkilərindən sonra həyata keçirilə biləcəyi güman edilir. Çünki Tehran Respublikaçı namizəd
Donald Trampın Yaxın Şərqdəki gərginlikdən öz seçki maraqları üçün istifadə edə biləcəyindən ehtiyat edir.