- 18:24 | 01.11.2024
- Digər
Bu il 29-cu Tərəflər Konfransının (COP29) 11-22 noyabr 2024-cü il tarixlərində Bakıda keçirilməsi planlaşdırılıb.
Nəticələrin azaldılmasına yönəlmiş səylər: Paris Sazişində müəyyən edilmiş hədəflərə nail olmaq üçün istixana qazları tullantılarının azaldılması üzrə milli öhdəliklərin artırılması;
Bu Konfrans qlobal istiləşmənin məhdudlaşdırılması, iqlim dəyişikliklərinin nəticələrinə uyğunlaşma və bu tədbirlər üçün maliyyə vəsaitinin səfərbər edilməsi səyləri də daxil olmaqla, əvvəlki Tərəflər Konfranslarının qlobal iqlim məqsədlərinə nail olmağa yönəlmiş işini davam etdirəcək.
Tərəflər Konfransları 1995-ci ildə BMT İDÇK-nin (Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişiklikləri haqqında Çərçivə Konvensiyası) hazırlanmasından sonra başlayıb və həmin vaxtdan etibarən hər il keçirilir. Onların əsas məqsədlərinə iqlim dəyişikliyinə qarşı mübarizə üzrə beynəlxalq razılaşmalara dair danışıqlar, emmissiyaların azaldılması üzrə hədəf göstəricilərin müəyyən edilməsi və bununla bağlı maliyyələşdirmə, texnologiyaların transferi və potensialın artırılması kimi məsələlərin həlli daxildir. Tərəflər Konfransları həmçinin BMT İDÇK-nin və onun Kiot Protokolu və Paris Sazişi kimi protokollarının həyata keçirilməsini nəzərdən keçirmək üçün platforma rolunu oynayır.
COP29-un əsas mövzuları
Konfrans iqlim dəyişikliyinə qarşı mübarizə tədbirləri sahəsində qlobal əməkdaşlığa dəstək üçün siyasətlərin, normativ aktların və təşəbbüslərin müzakirəsini ehtiva edəcək.
Gözlənilən mövzular arasında aşağıdakıları qeyd etmək olar:
Nəticələrin azaldılmasına yönəlmiş səylər: Paris Sazişində müəyyən edilmiş hədəflərə nail olmaq üçün istixana qazları tullantılarının azaldılması üzrə milli öhdəliklərin artırılması;
Uyğunlaşma strategiyaları: iqlim dəyişikliyinin nəticələrinə uyğunlaşma strategiyalarının, xüsusilə də həssas ölkələr üçün strategiyaların işlənib hazırlanması və həyata keçirilməsi;
İqlim maliyyəsi: İnkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələrdə iqlim dəyişikliyinə qarşı mübarizə tədbirlərinin dəstəklənməsinə yönəlmiş maliyyə öhdəliklərini yerinə yetirməsinin təmin edilməsi;
İtki və zərər: iqlim dəyişikliyinin nəticələri ilə bağlı uyğunlaşma və nəticələrin azaldılması tədbirlərinin çərçivəsindən kənara çıxan itki və zərər məsələlərinin həlli;
Texnoloji innovasiyalar: iqlim dəyişikliyinin nəticələrinin azaldılmasına və onlara uyğunlaşmağa kömək edə biləcək texnoloji nailiyyətlərin təşviqi və mübadiləsi;
Qlobal qiymətləndirmə: Paris Sazişinin uzunmüddətli hədəflərinə nail olunmasında kollektiv irəliləyişin nəzərdən keçirilməsi.
Hər il keçirilən Tərəflər Konfransları davamlı mövzular və hədəflər silsiləsidir. Məsələn, COP29-də əsas mövzular aşağıdakılar olub:
1. İqlim maliyyəsi: Əvvəlki öhdəliklərin yerinə yetirilməsi və inkişaf etməkdə olan ölkələrə bərpa olunan enerjiyə keçməkdə və iqlim dəyişikliyinin nəticələrinə uyğunlaşmaqda kömək edən yeni maliyyə dəstəyi üçün əsasın yaradılması.
2. Mədən yanacağı: Mədən yanacağından mərhələli şəkildə imtina və neft-qaz şirkətlərinin tullantıların azaldılması öhdəliklərinin müzakirəsi. Lakin mədən yanacağından istifadəni davam etdirməyə imkan verə biləcək boşluqlarla bağlı narahatlıqlar var idi.
3. Təbiət və dayanıqlılıq: Təbiətin, insanların və mövcud olma vasitələrinin iqlim dəyişikliyinə qarşı mübarizə tədbirlərinin mərkəzinə qoyulması. Buraya təbii iqlim həllərinin təşviqi və yerli birliklərin dəstəklənməsi daxildir.
4. Qlobal qiymətləndirmə: Ölkələrin Paris Sazişinin hədəflərinə nail olunması üzrə irəliləyişinin nəzərdən keçirilməsi və sürətləndirilmiş tədbirlər üçün sahələrin müəyyən edilməsi.
5. İnklüzivlik: Yerli xalqlar və icmalar daxil olmaqla, müxtəlif maraqlı iştirakçıların fəal şəkildə cəlb edilməsilə bütün tərəflərin Tərəflər Konfransı prosesində iştirakının təmin edilməsi.
Eyni zamanda, bütün konfranslar müəyyən problemlərin həllinə həsr olunub. Müvafiq olaraq, aşağıdakı mövzular bütün Tərəflər Konfransları üçün ümumi mövzulardır:
● Emissiyaların azaldılması: Tərəflər Konfranslarının əsas diqqəti qlobal istiləşmənin məhdudlaşdırılması üçün emissiyaların azaldılması hədəflərinin müəyyən edilməsinə və onlara nail olunmasına yönəldilir.
● İqlim maliyyəsi: İqlim dəyişikliyinin nəticələrinin azaldılması və onlara uyğunlaşma üçün inkişaf etməkdə olan ölkələrə adekvat maliyyə dəstəyinin təmin edilməsi təkrarlanan problemə çevrilib.
● Uyğunlaşma və dayanıqlılıq: Həssas icmaların iqlim təsirlərinə uyğunlaşmasına köməklik göstərilməsinə getdikcə daha çox diqqət yetirilir.
● Şəffaflıq və hesabatlılıq: Ölkələrin öz öhdəliklərini yerinə yetirməsinin təmin edilməsi üçün mexanizmlərin işlənib hazırlanması.
● Bərabərlik və Ədalət: İtkilərin və zərərin müzakirəsi də daxil olmaqla, ən çox zərər çəkənlərin və iqlim dəyişikliyinə görə ən az cavabdeh olanların tələbatlarının təmin edilməsi.
Tərəflər Konfransının (TK) əhəmiyyəti bir neçə mühüm səbəblə şərtlənib:
1. Qlobal əməkdaşlıq: TK iclasları, demək olar ki, hər bir ölkədən təmsilciləri bir araya gətirir, vahid cavab tələb edən iqlim dəyişikliyi probleminin həllində beynəlxalq əməkdaşlığa şərait yaradır.
2. Hüquqi öhdəlik yaradan sazişlər: TK iclasları istixana qazları tullantılarının azaldılması üzrə hədəfləri müəyyən edən Kiot Protokolu və Paris sazişi kimi vacib hüquqi öhdəliklər yaradan sazişlərin qəbuluna gətirib çıxarıb.
3. İqlim maliyyəsi: TK-də müzakirələr iqlim maliyyəsi üzərində cəmləşir və inkişaf etməkdə olan ölkələrin həm iqlim dəyişikliyinin nəticələrinin azaldılması, həm də ona uyğunlaşma üçün zəruri maliyyə vəsaitini alacağına zəmanət verir.
4. Hesabatlılıq və şəffaflıq: TK iclasları ölkələrin öz tərəqqiləri haqqında məlumat verməsinə imkan verən mexanizmlər yaradır, iqlim dəyişikliyinə qarşı mübarizə tədbirlərində şəffaflığı və hesabatlığı artırır.
5. Uyğunlaşma və dayanıqlılıq: TK təkcə nəticələrin azaldılmasını deyil, həm də uyğunlaşma strategiyalarını nəzərdən keçirir, həssas icmaların iqlim dəyişikliklərinin nəticələrinin öhdəsindən gəlməsinə kömək edir.
6. İnnovasiyalar üçün platforma: Konfranslar bərpa olunan enerji texnologiyalarından dayanıqlı kənd təsərrüfatına qədər innovasiya həllərinin və iqlim dəyişikliyinə qarşı mübarizə tədbirlərində qabaqcıl təcrübənin mübadiləsi üçün platforma yaradır.
Qlobal iqlim siyasətinin istiqamətini müəyyən edən ən əhəmiyyətli TK aşağıdakılardır:
1. COP1 (Berlin, 1995)
- Problem: İqlim dəyişikliyinə qarşı mübarizəyə yönəlmiş gələcək tədbirlər üçün konkret struktura ehtiyac olması.
- Nəticə: İnkişaf etmiş ölkələr üçün daha ciddi öhdəliklərə dair danışıqlar prosesinin başlanğıcını qoyan Berlin mandatı qəbul edilib.
2. COP3 (Kioto, 1997)
- Problem: Emissiyaların azaldılması üzrə məcburi hədəf göstəricilərin müəyyən edilməsi.
- Nəticə: İnkişaf etmiş ölkələr üçün emissiyaların azaldılması üzrə məcburi hədəf göstəriciləri müəyyən edən Kiot protokolu qəbul edilib.
3. COP15 (Kopenhagen, 2009)
- Problem: Uzunmüddətli birgə fəaliyyət və emissiyaların azaldılması haqqında qlobal saziş.
- Nəticə: Qlobal temperatur artımının 2°C-dən aşağı səviyyəyə qədər məhdudlaşdırılması zərurətini təsdiq edən Kopenhagen sazişi bağlanıb, lakin o, məcburi sazişə çevrilməyib.
4. COP21 (Paris, 2015)
- Problem: İqlim dəyişikliyinə qarşı mübarizə tədbirləri haqqında qlobal, hüquqi öhdəlik yaradan saziş.
- Nəticə: Qlobal istiləşməni 2°C-dən xeyli aşağıda saxlamaq öhdəliklərini və onun 1,5°C-yə qədər məhdudlaşdırılması səylərini ehtiva edən Paris sazişi qəbul edilib. Tərəflər hər beş ildə bir milli səviyyədə müəyyən edilən töhfələri (NDC) təqdim etmək və onları yenidən nəzərdən keçirmək barədə razılığa gəliblər.
5. COP24 (Katovitse, 2018)
- Problem: Paris sazişinin tətbiq edilməsi.
- Nəticə: NDC, şəffaflıq və maliyyə hesabatlılığı üçün əsas prinsiplər daxil olmaqla, Paris sazişinin həyata keçirilməsi üçün müfəssəl qaydaları ehtiva edən Katovitse İqlim Paketi qəbul edilib.
6. COP26 (Qlazqo, 2021)
- Problem: İqlim öhdəliklərinin iddialılığının artırılması və əvvəlki vədlərdəki boşluqların aradan qaldırılması.
- Nəticə: Ölkələri öz NDC-lərini gücləndirməyə çağıran və kömür və mədən yanacağına subsidiyaların mərhələli şəkildə azaldılması məqsədini müəyyən edən Qlazqo İqlim Paktı razılaşdırılıb. Onda həmçinin uyğunlaşmanın maliyyələşdirilməsinə və itki və zərər üçün mexanizmlərə diqqət yetirilib.
7. COP27 (Şarm-əl-Şeyx, 2022)
- Problem: Uyğunlaşma, maliyyələşmə, itki və zərər məsələlərinin həlli.
- Nəticə: İtki və zərərin maliyyələşdirilməsi mexanizmlərinin yaradılmasında irəliləyiş əldə edilib və uyğunlaşmaya ayrılan maliyyə vəsaitinin artırılmasına israrlı çağırış səslənib.
8. COP28 (Dubay, 2023)
- Problem: İqlim dəyişikliyinə qarşı mübarizə üzrə inklüziv tədbirlərin təmin edilməsi və mədən yanacağının rolunun nəzərdən keçirilməsi.
- Nəticə: İqlim dəyişikliyinə qarşı mübarizənin maliyyələşdirilməsi üzrə öhdəliklərin yerinə yetirilməsinə, həssas icmalara dəstəyin artırılmasına və bərpa olunan enerji mənbələrinə keçidin sürətləndirilməsinə diqqət yetirilib. Lakin mədən yanacağının təsiri ilə bağlı narahatlıqlar ifadə olunub.
Şaiq Mirzəyev
Vəkillər Kollegiyasının üzvü, hüquq elmləri üzrə fəlsəfə doktoru