- 14:34 | 31.10.2024
- Məhkəmə
Bakı Apellyasiya Məhkəməsi Nizami Rayon Məhkəməsinin hakimi Rauf Əhmədovun cəzalandırılması üçün xüsusi qərar qəbul edib.
E-huquq.az-ın məlumatına görə, belə ki, hakim Rauf Əhmədov “Kursus-Nizami” MTK-nın tikinti apardığı ərazidə binalara girişin qadağan olunması, binaların sökülməsi barədə ərizəsini təmin edib.
Qərarda evlərin qəzalı vəziyyətdə olması və sökülməsinin qanunauyğun olması qeyd olunub. Lakin digər bir qərarla yekun qərar verilənədək binaların sökülməsi qadağan edilib.
Hakim Rauf Əhmədovun qərarından verilmiş apellyasiya şikayəti əsaslı hesab edilib. Bakı Apellyasiya Məhkəməsi Rauf Əhmədovun qərarının vətəndaşların mülkiyyət, mənzil toxunulmazlığı hüquqlarını pozduğunu qeyd edib.
Məhkəmə kollegiyası belə nəticəyə gəlib ki, "Kursus Nizami" MTK-nın müvəqqəti təminat tədbiri barədə ərizəsinə baxılarkən Nizami Rayon Məhkəməsinin hakimi Rauf Əhmədov tərəfindən prosessual normaların kobud pozulmasına yol verildiyindən onun barəsində xüsusi qərardad çıxarılmalıdır.
Hakim barədə tədbir görülməsi üçün Məhkəmə-Hüquq Şurasına məktub göndərilib.
Qeyd edək ki, hakim Rauf Əhmədov Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədovun oğludur.