- 11:08 | 31.05.2023
- Digər
"Bu gün kibertəhlükəsizlik və kiberhücumlar həm də iqtisadiyyat və idarəetmə ilə bağlı olan çox mühüm məsələlərdəndir".
E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Bakıda keçirilən “II Milli Kibertəhlükəsizlik Forumu"nda çıxış edərkən deyib.
Deputatın sözlərinə görə, Azərbaycanda kibertəhlükəsizlik sahəsində lazımi addımlar atılmasa, illik itkilər 11-12 milyard manat təşkil edə bilər.
“Bu gün bizim illik xərclərimiz təxminən 32 milyard manatdır. Hər xərclənən 1 manat 4,5 manat ümumdaxili dəyər yaradır. Adətən dünya ölkələrində xərclərin 1 %-i kibertəhlükəzilik sahəsinə yönəldilir. Bu isə onu deməyə əsas verir ki, bizdə kibertəhlükəsiziik üçün xərclənən hər bir manat ortalama 33 manatın itkisinin qarşısını alır”, - T.Mirkişili qeyd edib.
Şəbnəm Mehdizadə