Bayramdan sonra imtahanların qrafiki açıqlanacaq

Bayram günlərindən sonra imtahan qrafikinin paylaşılması nəzərdə tutulur.

E-huquq.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə bayramla əlaqədar təbriki müraciətində məlumat verib.

O həmçinin deyib ki, imtahanlarda iştirakçı sayı bu il 610 min nəfərdən, DİM-in elektron xidmətlərindən istifadə sayı isə 12 milyon dəfədən çox olub.