"Kia Motors" 10 min manatadək cərimə edilə bilər


  • 11 Sentyabr 13:11

"Kia Motors AZ" MMC-yə cərimə protokolu yazılıb.

E-huquq.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 239-cu (Ətraf mühitin müəssisə (istehsalat) monitorinqinin, yaxud ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunun və hesabatının aparılmaması) maddəsi ilə inzibati protokol tərtib edilib.

Protokol Sabunçu Rayon Məhkəməsində hakim Anar Rzayevin sədrliyi ilə araşdırılacaq.

Protokol təsdiq olunarsa, şirkət səkkiz min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilə bilər.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər