Pakistanda qar uçqunu nəticəsində 10 nəfər ölüb

Pakistanın Gilgit-Baltistan bölgəsində baş verən qar uçqunu nəticəsində ən azı 10 nəfər həyatını itirib.

E-huquq.az xəbər verir ki, bu barədə “The Tribune Express” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, aralarında qadın və uşaqların da olduğu 24 nəfər yaralanıb. Bölgədə axtarış-xilasetmə işləri davam edir.

Nəşr qeyd edir ki, Gilgit-Baltistan bölgəsində qar uçqunları tez-tez baş verir. Gilgit-Baltistan bölgəsində hündürlüyü 7 min metrdən yuxarı 50-dən çox dağ var. Dünyada hündürlüyü 8 000 metrdən yüksək olan 14 zirvədən 5-i burada yerləşir.

Şəbnəm Mehdizadə