- 22:37 | 07.10.2024
- Siyasət
MDB Xarici İşlər Nazirləri Şurasının iclasında Ermənistan iki bəyanata qoşulmayıb.
E-huquq.az xəbər verir ki, bu barədə Ermənistanın “İctimai” televiziyasına Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat verib.
“Söhbət iki bəyanatdan gedir: “Avrasiyada təhlükəsizliyin təmin edilməsi prinsipləri haqqında” və “Beynəlxalq münasibətlərdə birtərəfli məhdudlaşdırıcı tədbirlərin tətbiqinin yolverilməzliyi haqqında”, - Ani Badalyan deyib.