Azərbaycanla Moldova arasında readmissiya haqqında Saziş Milli Məclisə daxil oub

“Azərbaycan Respublikası Hökuməti ilə Moldova Respublikası Hökuməti arasında readmissiya haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi Milli Məclisə daxil olub.

E-huquq.az xəbər verir ki, layihə parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Müzakirələrdən sonra qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.