Məhkəmə oğurluq etməkdə təqsirləndirilən şəxslə bağlı qərar verəcək

Bakıda oğurluq etməkdə təqsirləndirilən Nuran Sayadovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.

Hakim Elçin Ağayevin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, əvvəllər də oğurluğa görə məhkum olunmuş Nuran Sayadov Binəqədi rayon ərazisində bir qadının çantasından 685 manat, 1100 ABŞ dolları pul, sənədlər və bank kartlarını oğurlamaqda təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə