Türkiyədə helikopter xəstəxanaya çırpıldı, 4 nəfər öldü - FOTO - YENİLƏNDİ

Səhiyyə Nazirliyinə məxsus təcili yardım helikopteri Muğla Sıtkı Koçman Təhsil və Araşdırma Xəstəxanasına çırpılaraq bağçaya çırpılıb.

E-huquq.az xəbər verir ki, qəzada təcili yardım helikopterində olan 2 pilot, 1 həkim və 1 personalın həyatını itirdiyi öyrənilib.

Bu barədə Muğla valisi İdris Akbıyıki məlumat verib. Xəstəxanada zərərçəkən olmayıb.

İlkin ehtimala görə hadisəyə qatı duman səbəb olub. Helikopter Antalyaya xəstə dalınca getmək istəyirmiş.

***

12:07


Türkiyənin Muğla bölgəsini Menteşe rayonunda Səhiyyə Nazirliyinə məxsus helikopter Muğla Təhsil və Araşdırma Xəstəxanasının üst mərtəbəsinə düşüb.

E-huquq.az xəbər verir ki, bu barədə “Hurriyet” məlumat yayıb.

Qəza nəticəsində zədələnən helikopter xəstəxananın yaxınlığındakı boş əraziyə düşüb. Hadisə yerinə çoxlu sayda qruplar göndərilib. Qəzada ölən və yaralananların olub-olmaması ilə bağlı rəsmi açıqlama verilməyib.

Helikopterin xəstəxanaya çırpılması nəticəsində binanın fasadındakı şüşələrin sındığı görünüb.