24 mindən çox şəxsə proaktiv qaydada yaşa görə əmək pensiyası təyin olunub

2024-cü ilin yanvar-avqust ayında 24 mindən çox şəxsə proaktiv qaydada yaşa görə əmək pensiyası təyin olunub.

Bu barədə e-huquq.az-a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Qeyd edilib ki, onların 65,02%-ni kişilər, 34,98%-ni isə qadınlar təşkil edib.