- 17:59 | 11.09.2024
- Məhkəmə
"Atena" MMC-yə cərimə protokolu yazılıb.
E-huquq.az xəbər verir ki, MMC barədə İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Valyuta tənzimi qaydalarının pozulması) maddəsi ilə inzibati protokol tərtib olunub.
İş Ağcabədi Rayon Məhkəməsində hakim Etibar Quliyevin sədrliyi ilə araşdırılacaq.
Qeyd edək ki, bu xətaya görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.
Şəbnəm Mehdizadə