Ermənistan Konstitusiya Məhkəməsi Azərbaycanla delimitasiya üzrə komissiyanın reqlamentini nəzərdən keçirəcək

Sentyabrın 24-də Ermənistanın Konstitusiya Məhkəməsi Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası üzrə hökumətlərarası birgə komissiyanın fəaliyyət reqlamentini nəzərdən keçirəcək.

E-huquq.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə sözügedən qurumun mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, məhkəmə kollegiyası tərəflər arasında avqustun 30-da imzalanan sənədin konstitusiyaya uyğunluğunu yoxlayacaq.

Məhkəmə kollegiyası rəy verdikdən sonra sənəd Ermənistan hökumətinin müzakirəsinə təqdim olunacaq.