- 12:29 | 11.06.2024
- Məhkəmə
Goranboyda qəsdən adam öldürməyə cəhd etməkdə təqsirləndirilən Bəxtiyar Quliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Roman Ələkbərlinin icraatına verilib. Məhkəmənin hazırlıq iclası iyunun 20-nə təyin olunub.
Qeyd edək ki, 26 yaşlı Bəxtiyar Quliyev mübahisə zamanı 30 yaşlı Namiq İsalıya 4 bıçaq zərbəsi endirərək ona ağır bədən xəsarətləri yetirməkdə təqsirləndirilir. Şübhəli şəxs qismində saxlanılan Bəxtiyar Quliyevə qarşı Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə