- 10:43 | 26.01.2024
- Hüquq-mühafizə orqanları
Ötən il 58 nəfər Ermənistanın mina terrorunun qurbanı olub.
E-huquq.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev yanvarın 26-da Azərbaycan Respublikasının Baş Prokurorluğunda 2023-cü ildə prokurorluq orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizə, istintaq işi, prokuror nəzarəti sahələrində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclasında çıxışında deyib.
O, prokurorluğun əsas fəaliyyət istiqamətləri üzrə görülən işlər və statistik göstəricilər barədə məlumat verib.
Baş prokuror bildirib ki, 58 şəxs 2023-cü ildə mina və hərbi sursat partlayışlarının qurbanı olub.
Əlavə edilib ki, 19 nəfər həlak olub, 39 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Baş prokuror, həmçinin qeyd edib ki, 342 şəxs 2020-ci ilin noyabr ayından hazırki vaxtadək mina və hərbi sursat partlayışlarının qurbanı olub, həmin şəxslərdən 65-i həlak olub, 277 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.