- 11:20 | 06.12.2023
- Sosial
"Valideynlər arasında olan konflikt ailədə uşaqlara da birbaşa təsir edir, onlarda travma yaradır. Ona görə də ailədə baş verən zorakılıq cəmiyyətdə özünü büruzə verir".
E-huquq.az xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev "Məişət zorakılığının qarşısının alınması: imkanlar və perspektivlər" mövzusunda keçirilən beynəlxalq konfransda söyləyib.
Nazir qeyd edib ki, məktəblərin təhlükəsizliyi baxımından Elm və Təhsil Nazirliyinin ən uğurlu layihəsi "Məktəblinin dostu"dur: "Bu layihənin əhatə dairəsi genişləndirilir. Çünki məktəblərdə xoşagəlməz hallardan sığortalanmamışıq".