Penitensiar xidmətin rəisinə general-mayor rütbəsi verildi

Azərbaycan Respublikası ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi Mirsaleh Miradil oğlu Seyidova ədliyyə general-mayoru ali xüsusi rütbəsi verilib.

E-huquq.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.