- 13:38 | 28.09.2023
- Dünya
İranda polis əməkdaşını qətlə yetirməkdə təqsirləndirilən şəxs edam olunub.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Tehranın baş prokuroru Əli Salihi polis məmuru Əbdülcəbbar Məhtumnejadın qətli ilə bağlı mühakimə olunan şəxsin edam edildiyini bildirib.
Salihi xatırladıb ki, şəxsiyyəti açıqlanmayan məhbus 2021-ci ilin iyulunda paytaxt Tehranda oğurluq əməlinə görə tutularaq polis bölməsinə aparılarkən polis məmuru Mahtumnejadı bıçaqlayaraq qaçıb.
Sonradan saxlanılan həmin şəxsə məhkəmə edam hökmü oxuyub. Baş prokuror deyib ki, hökmün Ali Məhkəmə tərəfindən təsdiqlənməsi və mərhum polisin ailəsinin də razılığından sonra edam qərarı icra edilib.
Şəbnəm Mehdizadə