Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi 189 min manatlıq tenderinin qalibini açıqladı

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gürcüstan Respublikasında keçiriləcək dini maarifləndirmə təyinatlı işlərin satın alınması ilə bağlı elan etdiyi tender başa çatıb.

E-huquq.az xəbər verir ki, tenderin qalibi "Glossy" MMC olub.

Məlumata görə, qalib şirkətə 189.301 manat vəsait ödəniləcək.

Şəbnəm Mehdizadə