"Antiterror əməliyyatları zamanı Prezidentin rəsmi saytına saniyədə 4 milyondan çox hücum olub"

Azərbaycan antiterror əməliyyatlarına başlayanda dövlət qurumlarının internet resurslarına da çoxsaylı hücumlar qeydə alınıb.

E-huquq.az xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Texnologiyaları Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov mətbuat konfransında bildirib. Onun sözlərinə görə, bu hücumların qarşısı uğurla alınır.

"Belə hücumların biri də ölkə Prezidentinin saytına olub. Belə ki, saniyədə 4 milyondan çox botnet sorğular, DDOS hücumlar qeydə alınıb. Eyni zamanda, saxta domenlər üzərindən də kiberhücumlar artmaqdadır. Lakin mütəxəssislərimiz bu kiberhücumların qarşısını alır. Çalışır ki, bu cür hücumlar dövlət qurumlarına zərər vurmasın. Bu istiqamətdə gücləndirilmiş iş rejimində fəaliyyət göstəririk", - deyə Tural Məmmədov əlavə edib.