"Azərbaycan Avtomobil Evi" şirkətinə cərimə yazıldı

"Azərbaycan Avtomobil Evi" şirkətinə cərimə yazılıb.

E-huquq.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci (Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi) maddəsi ilə protokol tərtib olunub.

İşə Sabunçu Rayon Məhkəməsində hakim Mirheydər Zeynalovun sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunarsa, "Azərbaycan Avtomobil Evi" üç yüz manat məbləğində cərimə edilə bilər.

Şəbnəm Mehdizadə