- 12:52 | 22.02.2023
- Digər
2022-ci ildə məişət zorakılığı ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə edilən müraciətlərin statistikası açıqlanıb.
E-huquq.az xəbər verir ki, Komitənin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova “Qadınlara qarşı zorakılıq və məişət zorakılığı işləri üzrə mühafizə orderləri: beynəlxalq standartlar və Azərbaycanın milli təcrübəsi” adlı konfransda çıxışı zamanı bu barədə məlumat verib.
O bildirib ki, ötən il məişət zorakılığına məruz qalmaları Komitəyə 475 qadın müraciət edib. Müraciət edən kişilərin sayı isə 20 nəfər olub.
"Uşaqlarla bağlı 81 müraciət daxil olub. Həmçinin 6 ahıl şəxs və 2 cinsi azlıq tərəfindən müraciət olunub. Daxil olan müraciətlərin 409-u psixoloji, 304-ü fiziki, 5-i cinsi zorakılıqla bağlı olub. Müraciət edən qadınlardan 301-i əri, 146-sı keçmiş əri tərəfindən, 67 nəfər isə digər qohumları tərəfindən zorakılığa məruz qaldıqlarını deyiblər", - şöbə müdiri qeyd edib.
Eltac Nurullazadə