- 12:14 | 30.01.2023
- Dünya
NATO-nun baş katibi Yens Stoltenberq Cənubi Koreyanı Ukraynaya hərbi dəstəyi gücləndirməyə çağırıb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, o, Ukraynaya göndərilən humanitar yardıma görə Cənubi Koreyaya təşəkkür edib, lakin Kiyev administrasiyasının təcili olaraq hərbi dəstəyə ehtiyacı olduğunu bildirib.
“Son nəticədə bu, sizin qərarınızdır, lakin bir sıra NATO müttəfiqləri münaqişədə olan ölkələrə heç vaxt silah ixrac etməmək siyasətini dəyişiblər”, - deyə o qeyd edib.
Qeyd edək ki, Stoltenberq alyansın Asiyadakı müttəfiqləri ilə əlaqələrini gücləndirmək üçün Cənubi Koreyaya səfər edib.
Eltac Nurullazadə