- 18:35 | 14.01.2025
- Digər
“Azərbaycan Respublikası Hökuməti ilə Maldiv Respublikası Hökuməti arasında diplomatik, xidməti və rəsmi pasport sahiblərinin qarşılıqlı viza tələbindən azad edilməsi haqqında Saziş” təsdiq edilib.
E-huquq.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq Qanunu imzalayıb.
Qanuna əsasən, 2024-cü il noyabrın 15-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilib.