- 16:47 | 14.01.2025
- Digər
Azərbaycanda yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində ölkə üzrə 5846 seçki məntəqəsi fəaliyyət göstərəcək.
E-huquq.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında sədr Məzahir Pənahov deyib.
O qeyd edib ki, hazırkı dövrə olan məlumata görə, Azərbaycanda bələdiyyə seçkilərində səsvermə hüququ olan seçicilərin sayı 5 milyon 960 min nəfər ətrafındadır.