Sabunçuda kəsici alətlə evə hücum edən şəxs saxlanıldı

Bakının Sabunçu rayonunda kəsici alətlə evə hücum edən şəxs saxlanılıb.

Bu barədə e-huquq.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, yanvarın 13-də paytaxtın Sabunçu rayonu ərazisindəki evlərin birinə daxil olan naməlum şəxsin ev sahibinə kəsici alətlə xəsarət yetirərək pul və mobil telefonunu quldurluq yolu ilə talaması barədə polisə məlumat daxil olub.

Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 25 yaşlı K.Əsgərov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.