Üzünə tüpürdüyünə görə gəlinini döyən 65 yaşlı kişiyə hökm oxundu

Biləsuvarda gəlinini döyməkdə təqsirləndirilən Məhəmməd Məmmədovun (ad-soyad şərtidir) cinayət işi üzrə məhkmə prosesi yekunlaşıb.

E-huquq.az-ın məlumatına görə, Biləsuvar Rayon Məhkəməsində hakim Rəfayil Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, M.Məmməıdov Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək ona 1 il müddətinə islah işləri növündə cəza təyin edilib.

İttihama görə, 1960-cı il təvəllüdlü M.Məmmədov Biləsuvar rayonu, Amankənd kəndində yaşadıqları evdə gəlini N.Məmmədova ilə aralarında yaranmış ailə mübahisəsi zamanı sonuncunun onun ünvanına nalayiq sözlər işlətməsini əsas gətirərək onu döyüb.

Təqsirləndirilən şəxs ifadəsində deyib ki, gəlini oğlu ilə aralarında olan münasibətlərə qarışmamasını ona bildirərək mübahisə etməyə başlayıb. Həmin vaxt gəlini onun ünvanına nalayiq ifadələr işlədərək, onu təhqir edib və üzərinə tüpürüb. O, zərərçəkmiş şəxs evindən çıxarmaq məqsədi ilə itələyib. Həmin zərbənin təsirindəngəlini yıxılsa da, o, həmin şəxsin hara yıxıldığını görməyib. M.Mədovun sözlərinə görə, həmin şəxsi itələməkdə məqsədi sonuncuya xəsarət yetirmək olmayıb, sadəcə onu öz evindən çıxarmaq istəyib.

Şəbnəm Mehdizadə