Türkiyədə gənc hüquqşünasların intiharı narahatlıq doğurub

Türkiyədə son vaxtlar gənc hüquqşünasların intiharları hüquq ictimaiyyətində narahatlıq doğurub

E-huquq.az xəbər verir ki, bu barədə "Hukuki Haber" məlumat yayıb.

Bildirilib ki, son günlər ərzində 3 belə intihar hadisəsi baş verib.

Belə ki, bir neçə gün öncə hakimliyə qəbul imtahanından yüksək bal toplasa da, şifahi müsahibədən kənarlaşdırılan gənc vəkil Mert Akdoğanın intihar edib. Bundan başqa, mobbingə məruz qaldığını iddia edən və sosial media hesabında intiharla bağlı paylaşımdan sonra prokurorluğa namizəd Mithat Can Yalman otel otağında ölü tapılıb. Ötən gün isə 32 yaşlı vəki Mustafa Çoban yaşadığı evdə intihar edib.

Ard-ard baş verən intihar hadisələri geniş müzakirələrə səbəb olub.

Şəbnəm Mehdizadə