"Optimal Electronika"ya qarşı tədbir görüldü

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna əsasən "Optimal Electronika" MMC barəsində inzibati xəta protokolu tərtib edib.

E-huquq.az bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, şirkətə qarşı tədbir görülməsi qüsurlu malın dəyişdirilməsi və geri qaytarılması qaydalarına dair Dövlət Xidmətinin yazılı göstərişinə əməl edilməməsi ilə bağlıdır.