- 12:13 | 09.01.2025
- Dünya
Çadın paytaxtı Enceminedə prezident sarayına silahlı hücum olub.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, sialhlı qarşıdurma zamanı hücumçulardan 18-i ölüb, 9-u yaralanıb.
Hücumda həmçinin 1 hökumət rəsmisi həyatını itirib.
Çadın xarici işlər naziri və hökumət sözçüsü Abderaman Koulamallah bölgənin təhlükəsizlik qüvvələrinin nəzarətində olduğunu deyib.
Silahlı şəxslərin kimliyi ilə bağlı rəsmi məlumat verilməyib.
Çad hökuməti hücumu “çevriliş cəhdi” kimi qiymətləndirib.
Prezident Məhəmməd İdris Debi İtnonun hücum zamanı sarayda olub-olmadığı açıqlanmayıb.
Şəbnəm Mehdizadə