- 11:42 | 09.01.2025
- Dünya
Belçikanın Fleurus şəhərində bəzi yerlərdə tütün məmulatlarının istifadəsi qadağan edilib.
E-huquq.az Belçikada yayımlanan RTL media orqanına istinadən xəbər verir ki, ölkənin fansızdilli Vallon bölgəsində yerləşən Fleurus şəhərindəki parklar, uşaq meydançaları, məktəblər, uşaq bağçaları və qocalar evləri ətrafında siqaret və elektron siqaretlərdən istifadə qadağan edilib.
Yeni qərara əsasən, məktəb, körpələr evi və qocalar evlərinin giriş-çıxışlarına 10 metr məsafədə siqaret və elektron siqaret çəkmək qadağandır.
Qadağanın pozulmasına görə hansı cərimənin tətbiq ediləcəyi hələlik məlum deyil.
Şəbnəm Mehdizadə