- 11:29 | 09.01.2025
- Dünya
ABŞ-ın Kaliforniya ştatında meşə yanğınları nəticəsində iqtisadiyyata təqribən 52-57 milyard dollar zərər dəyib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə "AccuWeather" təşkilatı məlumat yayıb.
Yanğın nəticəsində Sakit Okeanın Palisades bölgəsində yanğına təxminən 3 min hektar ərazi məhv olub.
Bölgə sakinləri üçün təxliyə əmri verilib.
Kaliforniya qubernatoru Gavin Newsom verdiyi açıqlamada yanğınla mübarizə səylərinin davam etdiyini və Los-Ancelesdə "fövqəladə vəziyyət" elan etdiyini bildirib.
Qeyd edək ki, bölgəldə davam edən yanğınlar zamanı 2 nəfər ölüb, xeyli sayda insan isə yaralanıb.
Şəbnəm Mehdizadə