- 10:48 | 09.01.2025
- Dünya
İngiltərənin paytaxtı Londonda orta yaş həddi artıb.
E-huquq.az xəbər verir ki, bu barədə məlumat “Resolution Foundation” araşdırma mərkəzinin araşdırmasına yer alır.
Araşdırmalara görə, 2011-ci ildə Londonda orta yaş həddi 33,8 idisə, son 10 ildə bu rəqəm 2 il artaraq 35,8-ə çatıb.
Eyni dövrdə digər böyük şəhərlərdə orta yaş yarım il azalaraq 34,5-ə düşüb.
Ölkənin ən yaşlı bölgəsi olan Şimali Norfolkda orta yaş həddi 55,3 , ən gənc bölgə olan Tower Hamletsdə isə 30,6 olub.
Sahilyanı və kənd yerləri ümumi yaşlanma tendensiyasını yaşayan bölgələr olmaqda davam edir.
Bu bölgələrdə qocalma daha aydın hiss olunur.
Araşdırmaya görə, paytaxt Londonun qocalma sürətinin digər böyük şəhərlərdən fərqli olmasının iki əsas səbəbi var.
İlk növbədə Londonda doğum səviyyəsi xeyli aşağı düşüb. Digər tərəfdən gənc miqrantların Brexitdən sonra Londonda daha az cəmləşməsidir.
Belə olan təqdirdə səhiyyə və sosial infrastruktur xidmətlərinin yenidən təşkil edilməsinə ehtiyac olduğu vurğulanıb.
Təşkilat demoqrafik dəyişikliklərin regional iqtisadiyyatlara ciddi təsir edəcəyi barədə xəbərdarlıq edib və bu problemlərin həlli üçün yol xəritəsi hazırlanmasına çağırıb.
Şəbnəm Mehdizadə