- 17:16 | 06.01.2025
- Məhkəmə
Salyan Suvarma Sistemləri İdarəsinə cərimə protokolu yazılıb.
E-huquq.az xəbər verir ki, idarə barədə İnzibati Xətalar Məcəlləsinin 347-ci (Nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub və baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilib.
İş hakim Vəsilə Əliyevanın sədrliyi ilə araşdırılacaq.
Qeyd edək ki, bu xətaya görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.
Şəbnəm Mehdizadə