72 yaşlı kişini maşınla vurub öldürməkdə təqsirləndirilən sürücüyə hökm oxundu

Kürdəmirdə piyadanı maşınla vurub öldürməkdə təqsirləndirilən Şükran Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

E-huquq.az-ın məlumatına görə, Kürdəmir Rayon Məhkəməsinin hakimi Xaliq İmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Rəvan Əhmədov 3 il 6 ay müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu ilin iyul ayında Ağsu-Kürdəmir yolunun rayonun Qaraqocalı kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, 2001-ci il təvəllüdlü sürücü Şükran Əhmədovun idarə etdiyi "Chevrolet" markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən piyada 1952-ci il təvəllüdlü Əhmədağa İbrahimovu vurub. Yaralı aparıldığı xəstəxanada dünyasını dəyişib. Sürücüyə qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə itiham irəli sürülüb.

Şəbnəm Mehdizadə