Belçikada baş nazirin iqamətgahına girməyə cəhd edən şəxs yaxalanıb

Belçikanın baş naziri Aleksandr De Kroonun rəsmi iqamətgahına bıçaqla hücum edən şəxs yaxalanıb.


E-huquq.az xəbər verir ki, bu barədə baş nazir özü X hesabında paylaşım edib.


O, həmin şəxsin polisin müdaxiləsi nəticəsində yaxalandığını açıqlayıb.

Xəsarət alan olmadığını deyən De Croo hadisənin araşdırıldığını bildirib.

Qeyd edək ki, ötən ilin iyunun 9-da Belçikada keçirilən ümumi seçkilərdən sonra seçkidə uduzan və istefa verən De Croo, yeni hökumət qurulana qədər bu vəzifəni davam etdirir.

Şəbnəm Mehdizadə