Bələdiyyə seçkilərində 16 174 nəfərin namizədliyi qeydə alınıb

Bələdiyyə seçkilərində 16 min 174 nəfərin namizədliyi qeydə alınıb.

E-huquq.az xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bugünkü iclasında məlumat verib.

Onun sözlərinə görə, namizədlər 23 siyasi partiyanı təmsil edirlər:

"Onlardan 8 min 429 nəfəri siyasi partiyanın nümayəndələridir".

MSK sədri bildirib ki, bu gün təşviqat prosesi başlayıb: "İndi əsas diqqətimizi təşviqat prosesinə yönəltmişik. Çalışmalıyıq ki, proseslər qanuni çərçivədə davam etsin".