İranda plastik əməliyyat üçün yaş həddi 14-ə endirilib

İranda estetik əməliyyatlar üçün yaş həddi qızlar üçün 14, oğlanlar üçün isə 16 yaşa endirilib.

E-huquq.az İran mətbuatına istinadən xəbər verir ki, bu barədə İran Rinologiya Dərnəyinin İdarə Heyətinin üzvü İbrahim Rezmpa məlumat verib.

Daha əvvəl yaş məhdudiyyətinin 18 olduğunu qeyd edən Rezmpa plastik əməliyyat edənlərin sayında ciddi artım olduğunu vurğulayıb.

O, İranda plastik əməliyyatların artmasının bir sıra səbəbləri olduğunu deyib.

Şəbnəm Mehdizadə