Azərbaycanın bəzi ərazilərində magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

Azərbaycanda avtomobil yollarında vəziyyət açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən e-huquq.az-a verilən xəbərə görə, yanvarın 2-də əsasən gecə və səhər saatlarında dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 700-1000 metrədək məhdudlaşacağı ehtimalı var.