Qəzada həlak olan ekipaj üzvlərinə Milli Qəhrəman adı verildi

AZAL-a məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Bakı-Qroznı reysini həyata keçirərkən qəzaya uğraması nəticəsində həlak olan ekipaj üzvlərinə - Kşnyakin İqor İvanoviç (ölümündən sonra), Kalyaninov Aleksandr Georgiyeviç (ölümündən sonra), Əliyeva Hökumə Cəlil qızı (ölümündən sonra) adı verilib.

E-huquq.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Onlar qəza zamanı xidməti vəzifələrinin yerinə yetirilməsində, sərnişinlərin həyatının xilas edilməsində yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərdiklərinə görə təltif ediliblər.