Süpürgəçini vurub öldürməkdə ittiham olunan evakuator sürücüsünə 6 il cəza verildi

Gəncədə piyadanın ölümü ilə nəticlənən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Sahib Məmmədova hökm oxunub.

E-huquq.az-ın məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Dadaş İmanovun sədrliyi ilə keçirilən sonun məhkəmə prosesində təqsirləndirilən şəxs 6 il 6 ay müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə Vəli Xulflu küçəsində qeydə alınıb.  Belə ki, 1989-cu il təvəllüdlü C.Məmmədov narkotik vasitənin təsiri altında idarə etdiyi "Mercedes-Benz" markalı, "Atego 818" xüsusi təyinat modelli, evakuator tipli avtomobillə 1981-ci il təvəllüdlü Rauf Sarıyevi vurub. Xəstəxanaya aparılan yaralı orada ölüb.  R.Sarıyev Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin (MKTİB) işçisi olub. Sürücüyə qarşı Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə