Ədliyyə Nazirliyi nəqliyyat vasitələrinin təmirinə 22 min manat xərcləyəcək

Azərbaycan Respublikasi Ədliyyə Nazirliyinin icra məmurlarının xüsusi fondu hesabına nəqliyyat vasitələrinin cari təmirinin satın alınması ilə bağlı elan etdiyi tender başa çatıb.

E-huquq.az xəbər verir ki, tenderin qalibi "AS Motors" MMC olub.

Məlumata görə, qalib şirkətə 22.837,72 manat ödəniləcək.

Şəbnəm Mehdizadə