- 16:33 | 27.12.2024
- Hadisə
"Birinci zərbədən sonra oksigen maskaları açıldı və biz sərnişinlərə müraciət etmək istəyərkən ikinci zərbə baş verdi".
E-huquq.az xəbər verir ki, bu barədə "XəzərXəbər"ə Aktauda qəzaya uğrayan AZAL-a məxsus sərnişin təyyarəsinin bələdçisi Aydan Rəhimli açıqlama verib.
O bildirib ki, ikinci zərbə zamanı digər təyyarə bələdçisi Zülfüqar Əsadov sol qolundan xəsarət alıb:
"Mən ona kömək etməyə çalışdım. Biz təyyarənin arxa hissəsinə getdik və orada bələdçilər üçün təyin olunmuş yerdə əyləşdik və oksigen maskalarını taxdıq. Ona ilkin yardım göstərdim".
A.Rəhimli qeyd edib ki, təyyarənin baş bələdçisi Hökumə Əliyeva ona zəng edib və daim əlaqədə olublar:
"Qəlpələr təyyarənin içinə daxil olmuşdu. Oksigen balonunun partlaması düzgün məlumat deyil. Oksigen balonu partlasaydı, biz sağ qala bilməzdik".
Ətraflı süjetdə: