XİN 15 min manatlıq sifariş verdi

Azərbaycan Respublikasi Xarici İşlər Nazirliyinin Azərbaycanın NATO-nun Sülh naminə Tərəfdaşlıq Proqramının Çərçivə Sənədinə (SNT) qoşulmasının 30 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində “Rəqəmsal dövrdə müasir diplomatiya” seminarının keçirilməsi ilə əlaqədar xaricdən dəvət olunmuş qonaqların aviabiletlərinin satın alınması ilə bağlı elan etdiyi tenderə yekun vurulub.

E-huquq.az xəbər verir ki, tenderin qalibi “Paşa Travel” MMC olub.

Məlumata görə, qalib şirkətə 14.622,74 manat vəsait ödəniləcək.

Şəbnəm Mehdizadə