- 14:32 | 27.12.2024
- Digər
AZAL-a məxsus qəzaya uğrayan təyyarənin istehsal edildiyi “Embraer” şirkətinin mütəxəssisləri Aktauya gedib.
E-huquq.az-ın məlumatına görə, onlar Qazaxıstanın Hökumət Komissiyasının üzvləri ilə birlikdə hadisə yerinin müayinəsini aparacaq, eləcə də yekun rəy hazırlayacaqlar.
Eyni zamanda Braziliyadan olan istintaqçılar qrupu da artıq Qazaxıstandadır. Onların yerli hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə istintaq prosesində iştirakı nəzərdə tutulub.