- 12:20 | 27.12.2024
- Məhkəmə
Qəbələdə iş yoldaşının bank kartından oğurluq etməkdə təqsirləndirilən Fəqan Həşimovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Qəbələ Rayon Məhkəməsinə göndərilib.
İş hakim Ülvi Qənbərovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası yanvarın 6-da keçiriləcək.
Qeyd edək ki, Fəqan Həşimov rayon sakini olan iş yoldaşının bank kartında olan 2866 manat pulunu oğurlamaqda təqsirləndirilir. Araşdırmalar zamanı məlum olub ki, o, zərərçəkmişin kartında olan maddi vəsaiti bir neçə dəfəyə ələ keçirib. F.Həşimova qarşı Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə